İsveçin paytaxtı Stokholmda İsveç Azərbaycanlıları Konqresi yeni futbol komandası yaradıb.
"Report"un məlumatına görə, bu barədə azərbaycanın futbol veteranı İqor Ponomaryov jurnalistlərə açıqlamasında bildirib.
O, komandanın adının "Stokholm-Neftçi" olduğunu bildirib.
İ.Ponomaryovun sözlərinə görə, ilk addımlarını atan komandada futbolçular üçün yaş məhdudiyyəti olmayacaq.
Komandanın hələlik İsveçin hansı liqasında çıxış edəcəyi məlum deyil.