Azərbaycan Qran Prisi rusiyalı turistərin ən populyar “Formula 1” yarışlarının mərhələlərinin üçlüyünə daxil olub.
FED.az İnterfax agentliyinə istinadən xəbər verir ki, bu barədə «ТурСтат» analitik agentliyi məlumat verir.
“Soçi, Sinqapur və Bakı rusiyalı turistlərin “Formula 1” Qran Pri yarışları zamanı səfər etdikləri ən populyar şəhərlərdir”, - deyə agentlik bildirir.
İyunun 22-dən 25-dək Baku City Circuit şəhər halqasında Azərbaycan Qran Pri yarışları keçiriləcək.
“Formula 1” yarışı İşəri Şəhər, paytaxtın müasir tikililəri və Xəzər dənizi sahili fonunda keçiriləcək. 22-25 iyun tarixlərində azad yerləşmə zonasına bir günlük girişin qiyməti - $35-dən $88-dək, 23 iyun tarixində tribunaların birində bir yerin qiyməti $47-dən başlayır və 24-25 iyun tarixlərində $132-dən başlayır”, - deyə agenlik qeyd edir.
Azərbaycan Qran Prisi rusiyalı turistərin ən populyar “Formula 1” mərhələlərinin üçlüyünə daxil olub
15:03
13 Aprel 2017