İdman

Azərbaycan İslam Oyunlarının səviyyəsini yüksəldəcək

Azərbaycan İslam Oyunlarının səviyyəsini yüksəldəcək | FED.az
16:12 3 May 2017

”Keyfiyyət baxımından Azərbaycan İslam Oyunlarının səviyyəsini yüksəldəcək”.

BU sözləri Türkiyənin tanınmış idman şərhçisi, ”Habertürk” qəzetinin köşə yazarı Murat Ağca deyib.

“Bakıda keçiriləcək İslam Oyunlarına hazırlığın gedişini necə dəyərləndirirsiniz?” - sualına M. Ağca belə cavab verib: “Böyük beynəlxalq idman müsabiqələri keçirmək sahəsində Azərbaycanın zəngin təcrübəsi var. Mən həm Bakıda keçirilmiş Avropa Oyunlarını, həm də “Formula-1” müsabiqəsini izləmişəm, o yarışların yüksək səviyyədə təşkilinə şahid olmuşam. Azərbaycanın həm o təcrübəsinə, həm də İslam Oyunlarına hazırlığın gedişindəki müşahidələrimə əsasən bu müsabiqənin də yüksək səviyyədə keçəcəyini deyə bilərəm. Keyfiyyət baxımından Azərbaycan İslam Oyunlarının səviyyəsini yüksəldəcək. Oyunların həm stadionlarda, həm də beynəlxalq TV kanallarında izlənməsi sahəsində də rekordlar əldə ediləcəyinə inanıram. İslam Oyunlarının Bakıda keçirilməsinin Türkiyə baxımından başqa bir önəmi isə növbəti oyunların İstanbulda keçiriləcək olmasıdır. İslam Oyunlarının bayrağını azərbaycanlı qardaşlarımızdan təhvil almaq bizim üçün çox əlamətdar bir hadisə olacaq”.

Digər xəbərlər