Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda danışılmış oyunlarda şübhəli bilinən şəxslər cəzalandırılıb. UEFA-dan və digər mənbələrdən 1-ci divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır.
Komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən adları aşağıda göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır.
Şahdağ
Kamran Ağakərimov
İqrar Səmədov
Tofiq Səfiyev
Mahiddin Ağamov
Faik Ağarəhimov
Rafael Kübərov (İnzibatçı)
Rəvan
Əkbər Əhmədov
Fərid Ağayev
Mirqasım Cabbarlı
Elvin Əliyev
Omid Masumi
Fərid Quliyev
Cəmşid Məhərrəmov
Bakılı
Bəhram Bəhramzadə
Xəzər Qəribov
Göyəzən
Arzuman Vəliyev
Orxan Əsgərov
Tunar Şahtaxtinski
Energetik
Elvin Əlizadə
Kamran Lalayev
Orxan Əlibalayev
Şərurspor
Mehdi Rəsulov
Samir Musayev
Hakim
Anar Niyazov
Komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.