İdman

Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib | FED.az
11:08 17 Aprel 2017
Bu gün Gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayon sakinlərini qəbul edib.

FED.az xəbər verir ki, ümumilikdə 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminatla bağlı olub.

Böyük hissəsi idman sahəsi ilə bağlı olan müraciətlər sırasına fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s daxil olub.

Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Digər xəbərlər