Portuqaliya Respublikasının gənclər və idman üzrə Dövlət katibi cənab Joao Paulo Rebelonun dəvəti ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliya Respublikasında səfərdədir.
Nazirlikdən FED.az-a verilən məlumata görə, nazir Azad Rəhimovun Dövlət katibi Joao Paulo Rebelo ilə görüşü çərçivəsində son illər ölkəmizdə keçirilmiş birinci Avropa Oyunları, Şahmat Olimpiadası, Formula 1Gran Pri Turniri, 4-cü İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirlərinin təşkili sahəsində Azərbaycanın qazandığı təcrübə ilə bağlı fikir mübadiləsi aparılmış, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmiş və gələcək perspektivlər üçün təkliflərin hazırlanması fikri irəli sürülmüşdür.
Avropa Ittifaqına üzv ölkə kimi Portuqaliyada gənclər və idman sahələrində görülən işlərlə daha yaxından tanış olmaq məqsədi ilə, Azad Rəhimov səfəri çərçivəsində bu ölkədə gənclər və idman sahələrinə məsul bir sıra rəsmi şəxslərlə görüşlər keçirib, idman arenaları, Milli Gənclər Mərkəzi və bir sıra məkanlara səfərlər edir.
Azad Rəhimov Portuqaliyada səfərdədir
16:05
19 İyul 2017