"Azərbaycan İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrin səfər xərclərini ödəməyəcək".
FED.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov BP şirkəti və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfdaşlıq haqqında sazişin imzalanması mərasimində deyib.
İdmançıların qidalanma xərclərində güzəştlərin mümkünlüyünü qeyd edən nazir müqaviləyə əsasən səfər xərclərinin idmançıların gəldiyi ölkələr tərəfindən ödənilməli olduğunu bildirdi: "Həmin ölkələr idmançıların qidalanması üçün gündəlik 50 dollar ödəməlidirlər. Yalnız bəzi maliyyə çətinliyi çəkən ölkələr var ki, onlara biz müəyyən güzəştlərə gedəcəyik".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.