Mart ayının 13-dən başlayaraq idmançı atletlər tərəfindən Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları “Domestic Grassroots” proramı çərçivəsində üç idman növü üzrə master klasslar həyata keçirilib.
FED.az xəbər verir ki, üç gün davam edən Master Klasslarda iştirak etmək üçün, azarkeşlər Bakı 2017 rəsmi Facebook səhifəsində yerləşdirilən suallara düzgün və cəld cavab verməli idilər. Naticədə, qalib gələn şəxslər master klasslara qatılmaq imkanı əldə ediblər.
Bundan başqa Master klasslarda hər bir idman növü üzrə yeniyetmə idmançılar da iştirak edib.
13-15 Mart tarixlərində idman səfirlərimiz tərəfindən aparılan Master klass ilk olaraq cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımovun iştirakı ilə Cüdo üzrə Neftçi təlim bazasında baş tutub.
Növbəti gün güləşçi Hacı Əliyev tərəfindən Olimpiya Güləş Mərkəzində güləş idmanının sirləri iştirakçılara öyrədilib.
15 mart tarixində idmançı səfir Ruslan Abışov təfərindən Bayıl Arena stadionunda master klass həyata keçirilmişdir. Master Klassların sonunda isə bütün iştirakçılar sertifikatlarla təltif olunub.
İdmançılar Elmar Qasımov və Rüstam Orucov belə bir şansın onlara verildiyi üçün məmnun olduqlarını və eyni zamanda “Grassroots Proqramı” çərçivəsində bu səpkili layihələrin davamlı olacağını qeyd ediblər.
Master klassların məqsədi Bakı 2017 İdmançı Səfirlərini öz azərkeşləri ilə görüşdürmək və bununla da yeniyetmə və gənc idmançılara karyeralarında dəstək verməkdir. Domestic Grassroots proqramının əsas mesajını daşıyan bu layihədə seçilmiş gənclər layihədə zövq aldıqlarını bildirmiş və öz təsuratlarını belə bölüşüb: Balaca azarkeş:“Mən həmişə Hacı Əliyevi televizorlarda görürdüm və onunla həyatda da görüşmək istəyirdim. Bugün mənim arzum reallaşdı. Mən nəinki onu gördüm, eyni zamanda ondan güləşin sirlərini də öyrəndim . Hacı Əliyevlə məşq etmək mənə böyük sevinc verdi. Böyüyəndə mən də onun kimi güləşçi olmaq istəyirəm.”
Atlet Səfirlər gənclərin gələcək karyerasına dəstək verməkdə davam edir
11:35
22 Mart 2017