“Baş verən hadisələr çox üzücüdü. Milli komandanın formasında belə bir şey olmamalıydı”.
FED.az Apasport-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə yığmasının kapitanı Arda Turan deyib.
Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeni vurmağa cəhd edən və onun ünvanına təhqirlər yağdıran 30 yaşlı yarımmüdafiəçi bu gün milli komandadan uzaqlaşdırılıb.
Ulduz futbolçu bununla bağlı təşkil etdiyi mətbuat konfransında yığma karyerasını bitirdiyini açıqlayıb: “Bu hərəkətimə görə peşman deyiləm. Özümü quş kimi hiss edirəm. Yığmanın forması əynimdə olarkən səhv etdim və məşqçilər korpusu ilə görüşüb, Kosovo ilə matçda oynamamaq qərarına gəldim. Bu gün 2002-ci ildən bəri Türkiyə futboluna hərtərəfli xidmət etmiş, pulu düşünmədən ölkəsini sevən bir insan kimi qarşınıza çıxıram. İndiyə qədər birgə çalışdığım hər kəsə təşəkkür edirəm. Hər hərəkətin bir qarşılığı olmalıdı. Mən də bu hərəkətimin əvəzində milli karyeramı başa vururam”.