Sloveniyanın milli futbol federasiyasının rəhbəri Aleksander Ceferin Avropa futbolunu idarə edən UEFA-nın yeni prezidenti seçilib.
O, bu vəzifədə istefaya çıxan Michel Platinini əvəz edib.
Afinada keçirilən səsvermə vaxtı Aleksander Ceferin-ə 42 səs verilib.
Onun rəqibi, Niderland Kral Futbol Federasiyasının prezidenti Michael van Praag 13 səs toplayıb.
"Mənim kiçik və gözəl Sloveniyam bununla fəxr edir, ümid edirəm ki, siz də mənimlə fəxr edəcəksiniz", - cənab Ceferin UEFA üzvlərinə müraciətində bildirib.
Yeni UEFA prezidenti 2,5 il müddətinə seçilib.
Aleksander Ceferin UEFA-nın 62 illik tarixində sayca 7-ci prezident olub.
bbc©