Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb.
Plastik cərrahiyyə klinikaları yoxlanılacaq - Xüsusi Təftiş Komissiyası yaradılıb
FED.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məsələ ilə bağlı konkret faktlar var:
"Bu faktlarla bağlı cinayət işi açılıb, istintaq davam edir. Belə halların bir daha baş verməməsi üçün Baş Prokurorluq aidiyyəti qurumlarla bağlı qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır və gələcəkdə baş verməməsi ilə bağlı tədbirlər görülür". (Report)