Son günlər Kapital Bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edənlərdən dörd nəfər saxlanılıb.
Eləcə də bax: "Kapital bank" müştərilərinin diqqətinə - EHTİYYATLI OLUN - XƏBƏRDARLIQ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
E. Hacıyev qeyd edib ki, bu məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb:
“Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Verdiyiniz dəqiq məlumata görə Sizə təşəkkür edirik”.
Qeyd edək ki, artıq bir müddətdir bankın adından sosial şəbəkə üzərindən +994 51 555 10 95 nömrəsi ilə vətəndaşlara mesaj yazaraq kart məlumatlarını əldə edən şəxslər onların hesablarındakı pulu ələ keçirirdilər.