"Kapital Bank müştərilərinə gələn aldadıcı təkliflərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən kütləvi maarifləndirmə işi aparılır". FED.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, vətəndaşlar bu kimi məsələlərdə ehtiyatlı olmalıdır: "Diqqətə çatdırılır bank kart sahibləri heç bir halda bank adından edilən zənglərə, bildirişlərə yanaşmada ehtiyyatlı olmalıdır. Hər hansı formada bank kart məlumatları digər şəxslərə verilməməlidir. Hansısa sual yaransa, həmin bankla əlaqə saxlanılıb dəqiqləşdirilmə aparılmalıdır".