Lənkəranda ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əlizadə saxlanılıb.
Bu mesajları aldınızsa, deməli kartdan pul oğurlanacaq - SİYAHI
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, K.Əlizadə kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən 4 nəfərin 1977 manat vəsaitini talayıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.