Azərbaycan Mərkəzi Bankı “A-Kond 1” Qapalı Səhmdar Cəmiyyətinə valyuta tənzimi qaydalarının pozulmasına görə inzibati protokol tərtib edib.
Eləcə də bax: "Rifah Plaza” tikinti şirkəti - Cərimələndi
FED.az xəbər verir ki, Nizami Rayon Məhkəməsi protokola əsasən şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilb.
Qərara əsasən, şirkət 1 000 avro (təxminən 2 060 manat) məbləğində cərimə edilib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
2008-ci ildən Azərbaycanda fəaliyyət göstərən “A-kond 1” QSC mexanika, elektrik və santexnika sahəsində mühəndislik, təchizat və quraşdırma işləri ilə məşğul olur. Həmçinin “Hisense” və “Hitachi” brendlərinin Azərbaycandaki rəsmi distribyutorudur. (Report)