İşədüzəltmə adı ilə vətəndaşları aldadaraq, pullarını ələ keçirən Kərimov Səxavət Qulu oğlu barəsində cinayət işi başlanıb.
Eləcə də bax: Qubada “torpaq dələduzu”nun - MƏHKƏMƏSİ BAŞLAYIB
FED.az xəbər verir ki, S.Kərimov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir.
İş Nizami Rayon Məhkəməsində hakim Ələddin Cəfərovun sədrliyi ilə araşdırılacaq. Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.
Qeyd edək ki, S.Kərimov vətəndaşların etibarından sui-istifadə edərək, onlara müxtəlif dövlət orqanlarında işə düzəldəcəyi barədə vəd verib. Lakin vədinə əməl etməyib. Bu yolla o, zərərçəkmişlərə məxsus 30 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Oxu