Bakı sakininin bank kartı oğurlanaraq hesabından 2800 manat pulu çıxarılıb.
DİN alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı vətəndaşlara - MÜRACİƏT EDİB
DİN-in Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə iyunun 4-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Şahin Məmmədov, Ağsu rayon sakini Etimad Həsənov, Bakı şəhər sakinləri Nicat Əzizli və Zahid Əzizov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.