“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karantin rejimini pozduğuna görə cərimələnib.
Eləcə də bax: Azərbaycanın məşhur onlayn alış-veriş saytı - Cərimələnib
FED.az xəbər verir ki, protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.
İş hakim Babək Pənahovun icraatındadır.
QSC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə tərtib olunub.
Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. (Report)