Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Moskva yaxınlığındakı Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra xəstəxanaya yerləşdirilənlərin siyahısını dərc edib.
FED.az xəbər verir ki, siyahıda 107 nəfərin adı var. Sənəd idarənin rəsmi saytında yerləşdirilib .
Xəstəxanaya yerləşdirilənlər arasında adları məlum olmayan dörd qadın da var.