Çin vətəndaşı Bakıda sənədlərini və pulunu itirib. FED.az DİN-ə istinadən xəbər verir ki, avqustun 15-də Bakıya gələn Çin vətəndaşı Wei Yuli Gürcüstandan Bakıya gəldiyi “Mersedes” markalı sərnişin mikroavtobusundan paytaxt ərazisində düşən zaman içərisində 2000 ABŞ dolları, 300 Yuan, 1000 Sinqapur dolları, 400 lari, 100 manat və bank kartları olan pul kisəsini həmin nəqliyyat vasitəsində unudub.
ELƏCƏ DƏ BAX : Bakıda saxta manat yayırlar - POLİS AXTARIR
Həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyən edilib və nəqliyyat vasitəsinin Goranboy rayonu ərazisindəki stasionar postda saxlanılması təmin olunub. Nəqliyyat vasitəsinin sürücüsü Gəncə şəhər sakini Dursun İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə gətirilib. O, Çin vətəndaşının itmiş əşyalarının polisə təqdim etdikdən sonra izahatı alınaraq buraxılıb.
Qeyd edək ki, Wei Yuli iş adamıdır və Azərbaycana biznes qurmaq məqsədi ilə gəldiyini bildirib.