2024-cü ilin anvar-dekabr aylarında Azərbaycanın cəmi xarici ticarət dövriyyəsi 47 milyard 612 milyon ABŞ dolları təşkil edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Xarici ticarət dövriyyəsinin həcmi son bir il ərzində 3 milyard 572 milyon dollar və ya 7% azalıb.
Ötən il xarici ticarət dövriyyəsinin 26 milyard 554 milyon dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixracda 7 milyard 339 milyon (21,7%) dollar azalma, idxalda isə 3 milyard 773 milyon dollar (21,8%) artım baş verib.
Nəticədə müsbət saldo 5 milyard 496 milyon ABŞ dolları təşkil edib. Bu da 2023-cü illə müqayisədə 11 milyard 117 milyon dollar (3,1 dəfə) azalıb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 51 milyard 183,9 milyon dollar təşkil edib. O cümlədən ixrac 33 milyard 898,6 milyon dollar, idxal 17 milyard 285,3 milyon dollara bərabər olub. Müsbət saldo 16 milyard 613 milyon 210 min ABŞ dolları həcmində olub.