2023-cü ilin yanvar-dekabr aylarında 30 milyon 641 min dollar dəyərində 28 min 629 ton nar ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 923,9 min dollar (2,9%) azalıb, dəyər ifadəsi ilə 5vmin 294 ton (22,7%) artıb.
2022-ci ilin yanvar-dekabr aylarında xaricə 31 milyon 564 min ABŞ dolları dəyərində 23 min 335 ton nar ixracı edilmişdi.
Beləliklə bir ton narın ixrac qiyməti bu il 1 070 dollar, ötən ilin müvafiq dövründə 1 353 dollar təşkil edib. Bu göstərici son bir ildə 282 dollar, başqa sözlə 20,9% azalıb.
Başqa sözlə, bir kq narın ixrac qiyməti 2023-cü ildə 1,82 manat, əvvəlki il isə 2,30 manata başa gəlib.