Bu ilin ilk 11 ayında Azərbaycandan 54,4 milyon dollar həcmində 869,7 min ton sement ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,3 milyon dollar və ya 13,1%, miqdar ifadəsilə isə 95,7 min ton, başqa sözlə 12,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 48,1 milyon dollar dəyərində 774 min ton sement ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi sementin 1 kiloqramının orta ixrac qiyməti 10,6 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə də bu rəqəm dəyişməyib, qiymətdə cüzi – 0,6%-lik artım müşahidə edilib.
Bu il 11 ayında ümumi ixracın 0,23%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,64%-i sementin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,20% və 1,56% olmuşdu.










