Bu ilin ilk 11 ayında Azərbaycandan 85,5 milyon dollar həcmində 387,7 min ton metanol (metil spirti) ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9,4 milyon dollar və ya 10%, miqdar ifadəsilə isə 53,3 min ton, başqa sözlə 12,1% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 94,9 milyon dollar dəyərində 441 min ton metanol ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi metanolun 1 kiloqramının orta ixrac qiyməti 37 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 36 qəpik idi. Bu da illik müqayisədə 1 qəpik və ya 2,4% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,37%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,58%-i metanolun payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,39% və 3,07% olmuşdu.











