2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 139 milyon 350 min dollar dəyərində 91 min 573 ton pambıq lifi ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 55 milyon 796 min dollar və ya 66,8% miqdar ifadəsilə 45 min 518 ton və ya 98,8% artıb.
2023-cü ilin 8 ayında isə Azərbaycandan 83 milyon 554 min dollar dəyərində 46 min 56 ton pambıq lifi ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2,59 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 3,08 manat idi (illik 50 qəpik və ya 16,1% ucuzlaşma).
Bu il ümumi ixracının 0,76%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 6,39%-i alüminiumun payına düşüb.