Bu ilin yanvar ayında Azərbaycandan 11 milyon 441 min dollar həcmində 8 min 787 ton pambıq lifi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,1 milyon dollar və ya 23%, miqdar ifadəsilə isə 2 min 256 ton, başqa sözlə 34,5% çoxdur.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 1,30 dollar (təxminən 2 manat 21 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 1,42 dollar (təxminən 2 manat 41 qəpik) idi. Bu da illik müqayisədə 0,12 dollar (20 qəpik) və ya 8,5% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 0,51%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,26%-i pambıq lifinin payına düşüb.










