2024-cü ildə Azərbaycandan xarici ölkələrə 104 milyon 397 min ABŞ dolları dəyərində 474 min 66 ton metanol ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Metanol gübrəsi ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 14 milyon 538 min dollar və ya 16% artıb, miqdar ifadəsilə 27 min 506 ton, başqa sözlə 6% azalıb.
Azərbaycandan 2023-cü ildə 89 milyon 858 min dollar dəyərində 501 min 572 ton metanol ixrac edilmişdi.
Bu dövrdə ixrac edilən metanolun 1 kiloqramının orta ixrac qiyməti 0,37 manata bərabər olub ki, buda illik müqayisədə 7 qəpik və ya 23% azdır.
Bu dövrdə metanol ixracının ümumi ixracdakı payı 3,62% olub