2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan 28 milyon 552 min dollar dəyərində 11 min 547 ton pambıq iplik ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pambıq iplik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 734 min dollar və ya 8,7% azalıb, miqdar ifadəsilə 361 ton və ya 3,2% artıb.
2023-cü il ərzində isə Azərbaycandan 31 milyon 285 min dollar dəyərində 11 min 187 ton pambıq iplik ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambıq ipliyin 1 kiloqramının orta ixrac qiyməti 4,20 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 4,75 manat idi (illik 55 qəpik və ya 11,6% ucuzlaşma).
Bu il ümumi ixracın 0,44%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,85%-i pambıq ipliyin payına düşüb.