Balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar.
- Yoxlamadan keçməmiş Rusiya müəssisələri Azərbaycana ixracı yanvarın 1-dən sonra da - DAVAM ETDİRƏCƏK
FED.az xəbər verir ki, bu barədə “Kaspryba” Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin bildirib.
"Balıq və balıq delikatesləri Həştərxan vilayətinin brendi olaraq xaricdəki tərəfdaşlar arasında son dərəcə tələbatlı olaraq qalır. Biz ilk dəfə olaraq Azərbaycana balıq məhsullarını, əsasən də burada fəal şəkildə emal olunan xam balıqları tədarük etməyə başladıq. Həştərxan balığı - çapaq, sazan balığı - yerli milli xörəklərin hazırlanmasında istifadə olunur.Biz bu istiqamətdə dadlı məhsulların - qara kürü və nərə balığının tədarükünə başlamışıq”, - deyə Markin bildirib.
O, qeyd edib ki, bağlanmış ixrac müqavilələri çərçivəsində Qazaxıstan və Belarusa da müxtəlif növ Həştərxan balıq məhsullarının tədarükü davam edir:
"Biz Belarusla çoxdan sıx ikitərəfli əlaqələr qurmuşuq. Həştərxan qurudulmuş balıq məhsulları onlar arasında məşhurdur, biz onları ənənəvi olaraq hər ay və böyük həcmdə oraya tədarük edirik", - deyə Markin əlavə edib.