“Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə ixrac olunan məhsulların həcmində dinamik artım müşahidə edilir”.
FED.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesablarında iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
“Bu sahədə müvafiq qaydaların təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində ötən il 2022-ci illə müqayisədə prosedurdan yararlanmaqla ixrac olunan malların həcmi 3,3 dəfə artaraq 455 mln. dollar təşkil edib”,- nazir əlavə edib.