2024-cü ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 1.2 milyard ABŞ dolları, Türkiyəyə 542,3 milyon ABŞ dolları, Gürcüstana 272,4 milyon ABŞ dolları, İsveçrəyə 220,4 milyon ABŞ dolları, ABŞ-a isə 134,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
FED.az bu barədə "İxrac İcmalı"nın dekabr buraxılışına istinadən xəbər verir.
Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94.2 milyon ABŞ dolları) birinciliyə yüksəlib.
Bu siyahıda Türkiyə (35.2 milyon ABŞ dolları) ikinci, İsveçrə (26.8 milyon ABŞ dolları) üçüncü olub.