Yanvar-noyabr aylarında 5 milyon 906 min dollar dəyərində 650 ton çay ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 5 milyon 71 min dollar (46,2%), miqdar ifadəsi ilə 1 069 ton (2,6 dəfə) azalıb.
Keçən ilin yanvar-noyabr aylarında xaricə 10 milyon 976 min ABŞ dolları dəyərində 1719 ton çay ixrac edilmişdi.
Beləliklə bir ton çayın ixrac qiyməti bu il 9 087 dollar, ötən ilin müvafiq dövründə 6 387 dollar təşkil edib. Bu göstərici son bir ildə 2 700 dollar, başqa sözlə 42,3% bahalaşıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında çayın ümumi ixracda xüsusi çəkisi 0.02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,19%-ə bərabər olub.
Keçən ilin yanvar-noyabr aylarında çayın ümumi ixracda xüsusi çəkisi 0.03%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,41%-ə bərabər olub.