2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 89 milyon 946 min dollar həcmində 408 min 662 ton azot gübrəsi ixrac edilib.
Elektrik enerjisinin ixracı 2 dəfədən çox azalıb - DETALLAR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 39 milyon 537 min dollar və ya 78,4%, miqdar ifadəsilə isə 208 min 954 ton, başqa sözlə 100%-dən çox artıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan 50 milyon 408 min dollar dəyərində 198 min 708 ton azot gübrəsi ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi azot gübrəsinin kiloqramının orta ixrac qiyməti 37 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 43 qəpik idi. Bu da illik müqayisə ilə 5 qəpik və ya 13,2% azalma deməkdir.
Bu il ümumi ixracın 0,45%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,65%-i azot gübrəsinin payına düşüb.