2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 74 milyon 547 min dollar həcmində 1 milyard 351 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
Azərbaycanın xam neft ixracı və ixrac gəlirləri azalıb - GÖSTƏRİCİLƏR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 255 milyon 891 min dollar və ya 77,4%, miqdar ifadəsilə isə 1 milyard 748 milyon kVt/saat, başqa sözlə 56,4% azalıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan 330 milyon 128 min dollar dəyərində 3 milyard 100 milyon kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi hər min kVt/saat elektrik enerjisinin orta ixrac qiyməti 93 manat 76 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 181 manat 19 qəpik idi. Bu da illik müqayisə ilə 87 manat 40 qəpik və ya 48,3% azalma deməkdir.
Bu il ümumi ixracın 0,38%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,02%-i elektrik enerjisinin payına düşüb.