2023-cü ildə Azərbaycandan Rusiyaya 114 milyon 17 min dollar dəyərində 146 min 677 ton xurma ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 7 milyon 604 min dollar (7,1%), miqdar ifadəsi ilə 15 min 750 ton (12%) artıb.
2022-ci ildə ümumlikdə Rusiyaya 106 milyon 413 min ABŞ dolları dəyərində 130 min 927 ton xurma ixrac edilmişdi.
Beləliklə Rusiyaya satılan hər ton xurmanın ixrac qiyməti bu il 777 dollar, ötən ilin müvafiq dövründə 813 dollar təşkil edib. Bu göstərici son bir ildə 35 dollar, başqa sözlə 4,4% azalıb.
Bu da o deməkdir ki, 1 kq xurmanın orta ixrac qiyməti 2023-cü ildə 1,32 manat təşkil edib.
Ötən ilin müvafiq dövründə isə bu göstərici 1,38 manat idi.