Bu ilin yanvar ayında Azərbaycandan 14 milyon 194 min dollar həcmində 45 min 34 ton azot gübrəsi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,9 milyon dollar və ya 32,5%, miqdar ifadəsilə isə 28 min 480 ton, başqa sözlə 38,7% azdır.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi azot gübrəsinin 1 kiloqramının orta ixrac qiyməti 0,31 dollar (təxminən 53 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,29 dollar (təxminən 49 qəpik) idi. Bu da illik müqayisədə 0,02 dollar (4 qəpik) və ya 6,9% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 0,63%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,29%-i azot gübrəsinin payına düşüb.










