2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumilikdə 616 milyon 138 min ABŞ dolları dəyərində 33 min 767 ədəd avtomobil idxal olunub.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21,3% və ya 5 929 ədəd azalıb, dəyəri isə 22,6% və ya 113 milyon 517 min dollar artıb.
2024-cü ilin müvafiq dövründə Azərbaycana 502 milyon 621 milyon ABŞ dolları dəyərində 81 min 206 ədəd avtomobil idxal edilib.
Bu dövrdə 1 ədəd avtomobilin orta idxal qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 192 dollar (326 manat) və ya 1,1%-ə yüksələrək 18 min 247 dollara (31 min 019 manat) olub.