2025-cü ilin ilk 4 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 918 dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət 3 milyard 285 dollar və ya 24,1% artlv.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 4 ayında ixracın həcmi cəmi 8 milyard 785 milyon dollar olub ki, bu da ötən ilin enyi dövrü ilə müqayisədə 616 milyon dollar və ya 7,5% çoxdur.
Hesabat dövründə idxal isə təqribən 2 milyard 668 milyon dollar, başqa sözlə 48,8% artaraq 8 milyard 133 milyon dollara çatıb.
Nəticədə ilk 4 ayda xarici ticarətdə müsbət saldo ötənilki 2 milyard 704 milyon dollardan 4,1 dəfə, başq sözlə 2 milyard 52 milyon dollar azalaraq 652 milyon dollara düşüb.