2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 487,1 min ABŞ dolları dəyərində 530 kq nərə balıqlarının kürüsünü ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 205,7 min dollar və ya 73,1%, miqdar baxımından isə 300 kq və ya 2,3 dəfə çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 281,4 min dollar dəyərində 230 kq kürü ixrac edilib.
1 kq kürünü ixrac qiyməti 2023-cü ilin 11 ayı ərzində 919 dollar (1 562 manat), əvvəlki il isə 1223 dollar (2 080 manat) təşkil edib. Qiymətlərdə 304 dollar (24,9%) azalma baş verib.
Ölkə |
Miqdar (kq) |
dəyər (dollar) |
orta qiymət (dollar) |
orta qiymət (manat) |
Rusiya |
170 |
109 980 |
641 dollar |
1 090 manat |
ABŞ |
170 |
123 720 |
728 dollar |
1 237 manat |
BƏƏ |
100 |
10 440 |
1 044 dollar |
1 775 manat |
Sinqapur |
20 |
29 340 |
1 467 dollar |
2 494 manat |
Digər ölkələr |
70 |
120 590 |
1 723 dollar |
2 929 manat |