2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 65 milyon 31 min dollar dəyərində 322 min 262 ton metanol (metil spirti) ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6 milyon 148 min dollar və ya 10% , miqdar ifadəsilə 27 min 411 ton və ya 9% artıb.
2023-cü ilin 8 ayında isə Azərbaycandan 58 milyon 882 min dollar dəyərində 294 min 851 ton metanol ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi metil spirtinin 1 kiloqramının orta ixrac qiyməti 34 qəpik olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə də bu rəqəm təqribən eyni idi.
Bu il ümumi ixracının 0,36%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,98%-i metanolun payına düşüb.