Rusiya Qazaxıstanın Kokşetau, Semey, Ust-Kamenoqorskda İES-lər inşa edəcək.
Türkiyədə “Akkuyu” AES-in ilk enerji blokunun istismarına - İCAZƏ VERİLDİ
FED.az xəbər verir ki, Qazaxıstan hökuməti üç şəhərdə kömürlə işləyən istilik elektrik stansiyalarının (İES) tikintisi ilə bağlı qərar layihəsi hazırlayıb.
Onların tikintisi rusiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcək.
Bağlanan müqaviləyə əsasən, tərəflər arasında tikinti, o cümlədən avadanlıqların layihələndirilməsi, istehsalı, təchizatı və bütün tələb olunan sistemlərə, binalara və tikililərə malik yeni elektrik stansiyalarının istismara verilməsi nəzərdə tutulur. (Marja)