Son günlər bəzi KİV orqanlarında “LUKOYL-Azərbaycan” QSC-nin adından həqiqəti əks etdirməyən (https://lukoil.click/) sorğu və kampaniya xarakterli paylaşımlar edilib.
“LUKOİL- Azərbaycan” QSC rəsmi qaydada bildirir ki, adımızdan istifadə edilərək elan edilən sorğu və kampaniyalar qəti şəkildə həqiqətə uyğun deyil.
Azərbaycanda «Lukoil» şirkəti «Likoil»un «dərsini verdi» - MƏHKƏMƏ QƏRARI
“LUKOİL- Azərbaycan” QSC olaraq öz müştərilərimizin nəzərinə çatdırırıq ki, bu, bəzi növbəti təxribat xarakterli iddialarıdır.
Rəsmi qayda da bəyan edirik ki, tərəfimizdən hər hansı bir sorğu və kampaniya elan edilməyib. Müştərilərimdən xahiş edirik ki, “LUKOYL-Azərbaycan” QSC-nin rəsmi internet səhifəsində və ya rəsmi facebook səhifəsində olan paylaşımları nəzərə alsınlar.
Bu barədə araşdırma aparılır.