Çilidə elektrik enerjisinin qiyməti sıfıra düşüb və artıq 113 gündür ki, bu səviyyədədir. FED.az xarici mətbuata istinadən xəbər verir ki, qiymətlərin bu həddə düşməsi ölkədə çoxsaylı günəş batereyalarının istifadə edilməsinin nəticələridir.
«Ötən il də eyni vəziyyət yaranmışdı, enerji qiymətləri 192 gün sıfır həddində idi. Bu il böyük ehtimal ki, rekord təzələnəcək. Amma heç də görüşdüyü kimi şad hal deyil. Məsələ bundadır ki, Çilidə energetika şirkətləri özəl biznesə məxsusdur və belə hal nəticəsində onlar həm gəlirdən, həm də mənfəətdən məhrum olublar. Halbuki enerji infrastrukturunu lazımi səviyyədə saxlamaq üçün pul tələb olunur»-deyə məlumatda bildirilir.
Qeyd edək ki, Çilidə alternativ enerji mənbələrinə keçid ölkədə istehsalın kəskin artması və enerjiyə tələbatının yüksəlməsi nəticəsində baş vermişdi. Nəicədə bir sıra şirkətlər tərəfindən 29 günəş enerjisi ferması tikilib, daha 15-i isə tikilməkdədir. Günəş enerjisi stansiyalarının tikintisi zamanı özəl biznes enerjiyə tələbatın artacağını gözləyirdi, indi isə dünyadakı iqtisadi artımın zəifləməsi nəticəsində enerjiyə tələbat da azalıb və artıq Çiliyə bu stansiyaların istehsal etdiyi qədər enerji tələb olunmur. Nəticədə qiymətlər də sıfır həddinə düşüb.
Maraqlıdır ki, oxşar hallar alternativ enerjinin geniş istifadə edildiyi başqa ölkələrdə də müşahidə edilir. Məsələn, Almaniyada enerji istehsalında alternativ enerjinin payı artdıqca qiymətlər aşağı düşür, bəzən isə mənfiyə keçir. Yəni belə enerjidən istifadəyə görə, istifadəçilər pul ödəmir, əksinə, dövlətdən ödəniş alırlar. Bir qədər əvvəl Almaniyada bərpa olunan mənbələrin istehsl etdiyi enerjinin həcmi rekord həddə çatıb. Eyni gündə günəş, külək, su və bio enerji stansiyalarında 55 QVt enerji istehsal edilmişdi. Ümumilikdə həmin gün ölkədə 63 QVt enerji istehsal olunmuşdu. Nəticədə ümumi enerji istehsalında bərpa olunan enerjinin həcmi 87%-ə çatmışdı. Nəticədə bir neçə saatlığa mənfiyə keçib, bu isə isteklakçılara ödəniş ediləcəyini göstərir.