2024-cü ilin yanvar ayında Azərbaycandan xaricə 739 milyon 791 ABŞ dolları dəyərində 1 milyard 931 milyon 880 min m3 təbii qaz ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatna istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracı dəyər ifadəsi ilə 599 milyon 754 min dollar (5,3 dəfə), miqdar ifadəsi ilə 1 milyard 676 milyon 267 min m3 (7,6 dəfə) artıb.
2023-ci ilin yanvar ayında xaricə qaz ixarcı 140 milyon 37 min dollar dəyərində 255 milyon 613 min m3 təşkil edib.
Hər min kub metrə çəkilən xərc hesabat dövründə 383 dollar, keçən ilin müvafiq dövründə 548 dollar olub. Beləliklə xaricə satılan qazın satış qiyməti son bir ildə 165 dollar və ya 30,1% azalıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 40,12%-i qaz ixracının payına düşüb.
2023-ci ilin yanvar ayında isə bu göstərici 7,46% təşkil edib.