Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 49,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 33,1% azdır.
Prezident Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində - İŞTİRAK EDİB - FOTOLAR - YENİLƏNİB
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, hesabat dövründə günəş elektrik stansiyalarında 58,6 mln. kVt-saat elektrik enerjisi istehsal olunub, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,5% çoxdur.
Məlumata görə, ilin ilk 10 ayında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bud a 11,4% artım deməkdir.