''Bakıda mütəmadi və intensiv yağan yağışlardan sonra subasma hallarının qarşısı alınacaq. Bunun üçün kompleks tədbirlər həyata keçiriləcək''.
FED.az "xezerxeber.az"-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçrilən mətbuat konfransında ''Azərsu'' Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib.
Eləcə də bax: “Azərsu”: Qazdığımız yolları - BİZ TƏMİR ETMƏMƏLİYİK
Onun sözlərinə görə, əhalinin artması xətlərin normadan çox yüklənməsinə səbəb olub.
Qorxmaz Hüseynov deyib ki, Ramana, Biləcəri, Məhəmmədi, Binəqədi və Zabratda kanalizasiya xətləri yenilənəcək. Badamdarda aparılan işlərin isə gələn il yekunlaşdırılması nəzərdə tutulur.
"Azərsu" sədri hazırda evlərə verilən suyun bütün standartlara tam cavab verdiyini, amma bəzi kooperativ binaların çəninin təmizlənməməsi səbəbindən evlərə suyun çirkli gəldiyini qeyd edib.
O, bəzi yollarda su xətlərinin bərpasından sonra asfalat örtüyünün uzun müddət təmirsiz qalmasına da münasibət bildirib. Qorxmaz Hüseynov deyib ki, kiçik həcmdə asfaltın hazırlanması və vurulması üçün səyyar avtomobillər alınıb və bununla da problem həllini tapacaq.