"Ağ şəhər"də radiasiyanın miqdarı ilə bağlı heç bir təhlükə yoxdur.
FED.az xəbər verir ki, bunu jurnalistlərin suallarına cavab olaraq Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev deyib.
O bildirib ki, həmin ərazidə Agentlik tərəfindən monitorinqlər aparılıb və heç bir təhlükə qeydə alınmayıb. (Apa)