2019-cu ilin əvvəlindən Vergilər Nazirliyi cəmi 562 səyyar yoxlama keçirib.
FED.az-ın məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.
Onun sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində səyyar yoxlamalar ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalıb. Bu müddət ərzində səyyar yoxlamalar 1700-dən çox vergi ödəyicisini əhatə edib.
M.Cabbarov əlavə edib ki, Vergilər Nazirliyi gələcəkdə də səyyar yoxlamaların azaldılması siyasətini davam etdirəcək.
Trend