3 ildir ki, ölkəmizdə hər il “Milli Mühasiblər Forumu” keçirilir.
Forumun məqsədi Azərbaycanda Mühasibat uçotunun inkişafı, Mühasibat uçotu və Vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sferada islahatların dərinləşməsinə yönəlmiş təkliflərin toplanması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır.
12 İyun 2019-cu ildə keçirilmiş III Milli Mühasiblər Forumunun nəticələrinə, iki ilə yaxın Təşkilat Komitəsinin rəhbəri olmuş şəxslərin işinin qiymətləndirilməsinə və növbəti dövr üçün yuxarı orqanlara seçkilərin keçirilməsinə həsr olunmuş Forumun növbəti iclasında bir sıra mühüm qərarlar verilmişdir.
Belə ki, Foruma iki il ərzində rəhbərlik etmiş heyətin fəaliyyəti yüksək qiymətləndirilmişdir. Növbəti dövr üçün isə Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov seçilmişdir. İclasda həmçinin, IV “Milli Mühasiblər Forumu”-nun təşkili məsələlərinə də toxunulmuşdur.