Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Tabeliyində MİDA MMC (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::
lot 1 - Kombilərin (24 kW) alınıb quraşdırılması işləri. Texniki xüsusiyyətləri: nominal istilik gücü = 26 kW, nominal istilik qabiliyyəti = 23-24 kW, istillik siteminin işlək təzyiqinin civarı 30-80 °C, Esenjor sayı – 2 (su və istilik sisteminin müstəqil istifadəsi), su təzyiqinin sensoru, su temperaturunun sensoru, külək təzyiqinin sensoru, elektron nəzarət platası, △t=25°C, 25° С-də isti su emalı = 13 L/dəq, △t=30°C, 30° С-də isti su emalı = 10.8 L/dəq, elektirik cərəyanı – 220-230/50 V/Hz, maksimum elektrik enerjisi – 110 W, suya qarşı müdafiə və təhlükəsizlik (beynəlxalq standart) = IPX4, təbii qazın təzyiqi – 2000 Pa.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85Z (Əlaqələndirici şəxs :Vəliyev Zahid Musa oğlu, telefon :(+99412) 436-38-35 (daxili 238)) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 500 manat
Hesab: | AZ18AIIB38030019440029636102 |
VÖEN | 1701953921 |
Bank: | Kapital Bank ASC-nin Mərkəz filialı |
Kodu: | 200026 |
VÖEN: | 9900003611 |
M/H: | AZ37NABZ01350100000000001944 |
S.W.İ.F.T: | AIIBAZ2X |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) – habelə Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-11-17 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-11-27 17:00qədər Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2017-11-28 11:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.